Skip to content Skip to sidebar Skip to footer

Əvvəlcə protez sözünün mənası barəsində məlumat verməyi vacib bildik.

Tibbdə protez dedikdə ətraflı, orqanların və ya orqanların hissələrinin süni, funksional oxşar məhsullarla əvəz edilməsini nəzərdə tutulur. Stomatologiyada diş protezləri dişlərin əvəz edilməsi ilə əlaqələndirilir. Dişlərin sayından asılı olaraq ,hissəvi və tam protezlərdən danışılır.Bu protezlər öz yerində tam çıxan yəni hərəkətli, qismən çıxan və çıxmayan yəni sabit protezlərə bölünür.Qısa desək dişin ya imlantın üzərinə sementlə bərkidilən qapaq(karonka),körpü yaxud diş implantın özü belə protez sayılır.

Bir, ya bir neçə və ya bütün dişlər əskik olduqda dişlərin təbii funksiyasını və estetikasını qoruyub saxlamaq üçün protezlərdən istifadə edilir. Protez çeynəmə və sözləri tələfüz qabiliyyətini (fonetikasını) təmin etmək və üzün ahəngdar görünüşünü bərpa etmək üçün nəzərdə tutulub. 

Sabit protezlərə körpülər,qapağlar və implantlar daxildir. Onlar metal, keramika və ya müvafiq birləşmələrdən hazırlanır. Bəzən plastikdən də istifadə olunur.

Çıxarılan protezin mövcud dişlərin tamamlaması və ya bütün dişləri əvəz etməsindən asılı olaraq, ona qismən yəni hissəvi və ya tam çıxan protez deyilir.Süni dişlər adətən plastikdən hazırlanır və protez bazasında oturur. Hissəvi protez fərqli birləşdirici hissələrin vasitəsi ilə protezi sabitləşdirir və dişləmə və çeynəmə qüvvəsini həqiqi dişlərə paylayır. Tam çıxan protez yuxarı və ya alt çənədəki bütün dişləri əvəz etmək üçün nəzərdə tutulur.

İmplantların üstündə dişlərdən fərqli olaraq,qapaq və ya körpüdən başqa, həm də gələcək protez üçün tutucu elementlər əlavə edilə bilər. Bu elementlərin vasitəsi ilə, implantlar üst hissəsinə yəni süni dişlər olan protezə optimal şəkildə bağlana bilər.Bunlar bir növ implantalrın tac hissəsinin rolun üzərinə götürür.İmplant isə dişin kök hissəsini əvəz edir. İmplant üstü protezlərə suprakonstruksiya deyilir. Müxtəlif diş cərgəsi defektlərindən və göstərişlərdən aslı olaraq implant üstü fərqli suprastrukturlar düzələ bilər.Konstruksiyanın seçimi çox sayda faktorların nəzərə alınasından sonra hər pasientə individual planlaşdırılır.Burda pasientin gözləntiləri və istəkləri ilə yanaşı insanın ümumi sağlamlığının vəziyyəti, yaşı,çənə sümüyünün vəziyyəti, üzün quruluşu ağızyda olan dişləmin vəzıyyəti və başqa faktorlar nəzərə alınır.İlk öncə bunların hamısının müəyyənləşdirəndən sonra implantın sayı və çənədə yerləşdiyi pozisiyaları planlamağa başlamağ olar.Qısa desək gələcək suprakonstruksiya implantların sayını və yerini müəyyən edir.

Digital planlama

Digital (rəqəmsal) texnologiyaların inkişafı bu gün bizə daha geniş imkanlar yaradır.Birinci növbədə pasientin gələcək suprakonstruksiyası kompüterdə virtual simulasiya edilir,bunu etmək üçün pasientin üzü, ağız boşluğu və dişləm barəsində informasiya topalnir. Növbəti etapda pasient özü gələcək dişlərinin planlamasına qatıla bilər və öz gələcək dişlərinin dizaynını bizimlə birgə yarada bilər.Bundan sonra implantlarin mövqeyi öncədən olunmüş rəqəmsal tomogramma əsasında gələcək suprakonstruksiyaya uyğun planlanır.Növbəti etapda cərrahi şablon və müvəqqəti dişlər hazırlanır.Cərrahi şablon bizə implantları gələcək suprakonstruksiyaya uyğun yerləşdirməyə imkan yaradır.Bəzi hallarda implantlar yerləşdirildikdən sonra həmin gün müveqqeti dişlər implantlar üzərində sabit quraşdırıla bilər.Bu mümkün olmadığı təqdirdə ,implantlar selikli qişanın altında qalmaq şərti ilə (dişsiz çənələrdə),çıxan müvəqqəti dişlər istifadəyə verilir.Və 3-6 ay implantlar sağalana qədər ağızda qalır.

Bu məqalələr ümumi ağız sağlamlığı mövzularını anlamaq və bilik əldə etmək üçün nəzərdə tutulmuşdur. Peşəkar həkim məsləhətini, diaqnozun tərtib edilməsini və ya müalicənin təyin olunmasını heç bir halda əvəz edə bilməz.Dişlərinizin sağlamlığı vəziyyəti ilə əlaqədar və ya müalicə ilə bağlı hər hansı bir sualınız olduğu halda, diş həkiminə müraciət etməyini unutmayın.