Skip to content Skip to sidebar Skip to footer

Gicgah-çənə oynağının disfunksiyasına  dişlərin, çeynəmə əzələlərinin və çənə oynaqlarının funksional xəstəlikləri aid olunur. Gicgah-çənə oynağının disfunksiyasının əsas yaranma səbəblərinə müxtəlif stress faktorlarının olması, eləcə də qeyri- optimal diş və implant üstü düzəlmiş protezlərin olması, qeyri-optimal diş qapaqları (karonkalar), körpülər,dişləm problemləri olan hallar,diş cərgəsində əyri dayanan dişlərin olması, pasientlərin dişlərini sıxması (qıcıması) nəticəsində və travmadan sonra yaranmış hallar aid edilir.

Məqsədimiz disfunksiyanı və onu  yaradan səbəbləri müalicə etməkdir. Belə hallarda ortodontlar, ortopedlər və fizioterapevtlərlə birgə işləyirik. Müalicə əsasən fərdi olaraq hazırlanmış terapevtik splint(şina) ilə aparılır və zəruri hallarda yuxarıda göstərilən terapevtlər tərəfindən müşayiət olunur. Çox kəskin hallarda ağrı kəsicilər və iltihab əleyhinə dərmanlar istifadə olunur.Problemi yaradan səbəbdən asılı olaraq, müalicə üsulları fərqli ola bilər. Bəzi hallarda düzgün dişləmin olmasına mane olan, optimal düzəlməmiş, çıxan və çıxmayan protezlərin yenidən düzəlməsi ilə, bəzi hallarda isə gicgah-çənə oynağına uyğun olan dişləmin hazırlanması üçün, bütün dişləmin rekonstruksiyasına zərurət yarana bilir. Hər bir halda müalicənin  məqsədi çənədəki çeynəmə funksiyasının düzəldilməsinə və yenidən sabit vəzıyyətin yaradılmasına yönəlir.

Bu məqalələr ümumi ağız sağlamlığı mövzularını anlamaq və bilik əldə etmək üçün nəzərdə tutulmuşdur. Peşəkar həkim məsləhətini, diaqnozun tərtib edilməsini və ya müalicənin təyin olunmasını heç bir halda əvəz edə bilməz.Dişlərinizin sağlamlığı vəziyyəti ilə əlaqədar və ya müalicə ilə bağlı hər hansı bir sualınız olduğu halda, diş həkiminə müraciət etməyini unutmayın.