Skip to content Skip to sidebar Skip to footer

Estetik korreksiyalar

Sizin diş estetikanız bizim üçün vacibdir!

Dişlərin əyri olmasından yerlərini dəyişməsindən, ya da rəng probleminin olduğundan aslı olmayaraq, biz sizin istək və arzularınızı nəzərə alıb və uzun illərin təcrübəsinə əsaslanaraq arzularınızı gerçəkləşdirə bilərik.Bu hallarda ortodont kolleqalarımızla şıx çalışmağa böyük önəm verilir.

Diş problemləri ilə yanaşı diş ətinin vəziyyətidə ümumi estetik vəziyyətin pasient tərəfindən qavranmasına böyük təsir göstərən amildir.Məs. diş ətinin gülümsəyəndə çox görsənməsi (gummy smile) , körpü və qapaq(karonka) qoyulduğdan sonra diş əti problemləri.Fərqli metodlardan istifadə etməklə diş və diş əti estetikasını bərpa etmək mümkündür.

“Qırmızı-Ağ Estetika” nə deməkdir?

Qırmızı-Ağ Estetika ağızda dişlərin (ağ estetika) və diş ətinin (qırmızı estetika) ahəngdar əlaqəsinə və görünüşü deməkdir. Dişlər və diş ətlərində cəlbedici və təbii görünüş yaratmaq üçün forma, rəng, ölçü, kontur və mövqe baxımından bir-biri ilə uyğun gəlməlidir.

Ağ estetika dişlərin özlərinə cəmlənib, yəni dişlərin rənginə, formasına və mövqeyinə.Diş həkimləri xoş bir ümumi görünüş yaratmaq üçün ideal diş formasına, ölçüsünə və rənginə nail olmaq üçün çalışırlar. Bu, dişlərin ağardılması, vinirər, qapaqlar (Karonka) və ya ortodontik müalicə kimi müxtəlif prosedurlarla əldə edilə bilər.

Qırmızı estetikaya diş ətinin görünüşü və sağlamlığı aiddir. Sağlam diş ətləri iltihab və şişkinlik olmadan bərabər, çəhrayı rəngdə olmalıdır. Diş həkimləri ümumi görünüşü yaxşılaşdırmaq üçün diş ətlərinin düzgün kontur və mövqeyə malik olmasını təmin edirlər. Buna paradontal müalicə, diş ətinin korreksiyası və ya cərrahi prosedurlar vasitəsilə nail olmaq olar.

Plomblar, Vinirlər, taxmalar (Inley,onlay və Overlay)

Vinirlər

İncə keramikadan hazırlanmış ön dişlərdə estetik qüsurların düzəltməsi üçün istifadə olunurlar. Çox qısa və ya zədələnmiş dişlər,dişlərin forma və rənginin anomaliyalarını aradan götürmək üçün qapaqdan (karonka) fərqli olaraq daha minimal invaziv üsul sayılir. Diş toxumasının çox hissəsini çıxarmaq məcburiyyətində qalmadan, vinirlər dişlərin görünüşünü davamlı şəkildə mükəmməlləşdirir. Keramika üzlüklərin kənarları diş ətinə doğru o qədər incədir ki, onları dillə belə hiss etmək olmur.

Plomblar

Müasir istifadə olunan plomblar kompozit plomblar sayılır, latınca bu söz “komponere (birləşdirmək)” feilindən gəlir. Kompozit, müxtəlif materiallardan ibarət kompozisiya deməkdir. Kompozit – cəlbedici görünüşə malik yüksək keyfiyyətli və sabit plomb materialıdır. Fərdi diş rənginə mükəmməl uyğunlaşdırıla bilir. Müalicənin sonunda plomb materialı adətən sağlam dişdən fərqlənmir. 

Taxmalar

Dİş toxumasında böyük qüsurlar üçün istifadə olunan keramikadan hazırlanmış, inley, onley adlanan taxmalar və vinirlər, adi kompozit plomblara alternativ hesab olunur.Plombla müqayisə edildikdə daha sabit, davamlı və estetik hesab oluna bilər.

Dişlərin ağardılması

Dişlərimizin təbii rəngi genetik olaraq müəyyən edilir və əsasən dentinin rengində müəyyənləşir. Dentin, şəffaf diş minasının altında yerləşir və minanın altından həmin rəng çalarını verən qatdır. Mina altındakı dentinin sarımtıl olduğundan,dişlər daha çox sarı görsənirlər. Beləliklə mina qatı nə qədər nazik olsa, dişlər bir o qədər sarı görünür.Vurğulamaq lazımdırki rəngsiz mina qatınında dişlərin xarici görünüşünə təsiri var. Bəzi insanların sadəcə olaraq daha açıq dişləri var, bəzilərinin isə daha tünd.

Apteklərdən və ya onlayn mağazalardan əldə edilən ağardıcı diş pastalarında fosfatlar və təmizləyici maddələr var ki, onlar mina qatının üstündə olan ərpi və ləkələri aradan götürür. Bu, dişləri daha təmiz edir, lakin ağardmır.Ancaq diş həkimi tərəfindən professional istifadə edilən, xüsusi diş ağardıcıları dişin əsas rəng çalarını dəyişə bilər.Belə ağardıcılar adətən hidrogen peroksid tərkibə malikdilər.Oksidləşmənin nəticəsində toplanmış rəng piqmentləri oksidləşir və beləliklə dişlərin rəngi daha açıq olur.Ağardma zamanı, ağızda olan qapaq , körpü və plombların rəngi dəyişməz qaldığını nəzərə almaq lazımdır.Və ağardmadan öncə bütün karieslər, mina qatının zədələri və sınmış hissələri bərpa olunmalıdır.Bunuda qezd etmək lazımdırki dişlərin ağardılması özündə müəyyən risklər daşıyır. Məsələn, dişlər daha həssas ola bilər və diş ətinin qıcıqlanması və ya iltihabı kimi fəsadlar ortaya çıxa bilər.

Dişlərin ağardılmasına alternativ varmı?

Professional diş təmizlənməsi ilə çox dəyişiklərə nail olmaq olar, burada diş ərpi və diş səthində olan ləkələr çıxarılır və dişlər arasındakı boşluqlar təmizlənir.Vurğulamaq lazımdırki belə prosedurun ildə 1 dəfə aparılması çox məsləhətdir.Dişlərin estetik görünüşünün yaxşılaşırmağla yanaşı, kariesin, diş əti xəstəliyi olan gingivit və parodontitin yaranma riskidə alınmış olur. Professional diş təmizlənməsi bir növ profilaktik vasitə olaraq sadaladığımız xəstəlikləri vaxtında aşkar edilməsinə zəmin yaradır.

Diş cərgəsinin qüsur və əyriliklərinin “Invisalign“ kappalar ilə düzəlməsi 

Bu hallarda Ortodont kolleqalarımızla sıx çalışmağa böyük önəm verilir.Diş cərgəsinin cüzi və ya orta dərəcədə uyğunsuzluqları şəffaf plastik kappalarla çox yaxşı düzəldilə bilər. Onlar xəstə üçün dişləmə uyğun olaraq fərdi hazırlanır. Kappa gün ərzində taxılır və yalnız yemək yeyəndə və dişlərinizi fırçalayanda çıxarılır. Dişlərin düzəldilməsinin istənilən nəticəsi kompüterdə əvvəlcədən hesablanır. Pasientə tədricən dəyişilən bir sıra şinlər verilir. Dişlər şinlər vasitəsilə tədricən istənilən vəziyyətə gətirilir.

Bu diş məqalələri ümumi ağız sağlamlığı mövzularını anlamaq və bilik əldə etmək üçün nəzərdə tutulmuşdur. Peşəkar məsləhət, diaqnoz və ya müalicənin əvəzedicisi ola bilməz. Tibbi vəziyyət və ya müalicə ilə bağlı hər hansı sualınız varsa, həmişə diş həkiminizdən və ya digər təcrübəli tibb işçisindən məsləhət istəməyi unutmayın.