Skip to content Skip to sidebar Skip to footer

Gingivit və Paradontit. Fərq nədir?

Sağlam dişlər üçün sağlam diş əti lazımdır. Sağlam diş əti üçün yaxşı periodontal terapevtlərə ehtiyac var.

Gingivit və periodontit kimi diş xəstəlikləri, geniş yayılmış diş əti xəstəliklərinə aid olunur.Və vaxtında müalicə olunmadığı halda, ağız sağlamlığı üçün ciddi fəsadlar yarada bilər.

Bunların hər ikisinin diş ətinə ümumi təsirinə baxmayaraq, gingivitin və paradontitin yaranma səbəbləri, əlamətləri və müalicə metodları bir-birindən fərqlidir.

Həlledici fərq isə ondan ibarətdir ki, gingivitdə yalnız dış əti iltihablanır, paradontit isə xroniki iltihabi prosesdir, hansı ki dişin dayaq toxumasının itirilməsinə və müalicəsiz qaldığı halda, diş ətinin çəkilməsinə, dişlərin laxlamasına və sonda dişlərin itirilməsinə səbəb olur.

Dişləri fırçaladıqdan sonra tüpürcəkdə qan varsa, dişləriniz laxlayırsa, ətrafınızdakılar ağızdan gələn pis qoxudan şikayət edirsə. Bunlar çox vaxtı inkişaf etmiş paradontitin əlamətləridir. Yəni diş ətrafı toxumalarda və xüsusilə çənə sümüyündə bakteriyaların səbəb olduğu iltihabın nəticəsidir.

Son araşdırmalara görə, əhalinin 75% diş əti xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik ilk baxışdan  görünmür və əvvəlcə heç bir ağrı vermir. Bu səbəbdəndə , paradontit çox vaxt gec aşkarlanır.

Bu məqalələr ümumi ağız sağlamlığı mövzularını anlamaq və bilik əldə etmək üçün nəzərdə tutulmuşdur. Peşəkar həkim məsləhətini, diaqnozun tərtib edilməsini və ya müalicənin təyin olunmasını heç bir halda əvəz edə bilməz.Dişlərinizin sağlamlığı vəziyyəti ilə əlaqədar və ya müalicə ilə bağlı hər hansı bir sualınız olduğu halda, diş həkiminə müraciət etməyini unutmayın.