Skip to content Skip to sidebar Skip to footer


İmplantın müvəffəqiyyətnən qoyulmasının əsas şərtlərinnən biri kifayət qədər çənə sümüyünün olmasıdır. Əgər bu tələb yerinə yetirilmirsə, diş həkimliyi sahəsində sümük auqmentasiyası yani sümük artırılması üçün müxtəlif prosedurlar mövcuddur. Sümük defisiti uzun illər sürən dişsizlikdən sonra, qəza və ya xüsusi anatomik vəziyyət (məsələn böyük yuxarı çənə sinuslar) olan vəziyyətlərin nəticəsində yarana bilər.

Bu sümük çatışmazlıqları, arzu olunan yerdəki sümüyü “çoxaltmaqla” daxili və xarici sinus lift, müxtəlif sümük plastikaları istifadə etməklə implantasiyadan əvvəl və ya implantasiya zamanı kompensasiya oluna bilər. Sümük auqmentasiyaları (sümük artırmaları) üçün biz müxtəlif növ sümük evez edici materiallardan və qızıl standart olan insanın öz sümüyündən istifadə edirik.

Sinusliftinq və implantın yerləşdirilməsi

Çoxillik cərrahi təcrübəmiz və çox sayda uğurla yerləşdirilmiş implantatların sayəsində sizə implantologiyanın bütün spektrlərini təklif edə və uzunmüddətli uğura zəmanət verə bilərik.

Bu məqalələr ümumi ağız sağlamlığı mövzularını anlamaq və bilik əldə etmək üçün nəzərdə tutulmuşdur. Peşəkar həkim məsləhətini, diaqnozun tərtib edilməsini və ya müalicənin təyin olunmasını heç bir halda əvəz edə bilməz.Dişlərinizin sağlamlığı vəziyyəti ilə əlaqədar və ya müalicə ilə bağlı hər hansı bir sualınız olduğu halda, diş həkiminə müraciət etməyini unutmayın.