Skip to content Skip to sidebar Skip to footer

Dişin  itirilməsinin bir çox səbəbləri vardır. Diş implantları itirilmiş dişləri estetika və funksiya baxımından əvəz etmək imkanını təklif edir. Onlar çənə sümüyü ilə birləşib gələcək süni dişlər üçün dayanıqlı təməl təmin edən daimi süni diş kökləri kimi başa düşülə bilər.

Yəni bir növ süni diş kökü olan implant birbaşa çənə sümüyünə yeridilir və sümükdən asılı olaraq bir müddətdən sonra implantın üstünə elmi dil ilə dedikdə suprastruktur quraşdırılır.

Bu suprastruktur müxtəlif diş cərgəsi defektlərindən aslı olaraq,fərqli konstruksiyalar formasında düzələ bilər. Məsələn, çıxmayan qapaq (karonka) yada körpüvari və tam dişsiz çənələrdə çıxan və ya sabit protez və ya körpü formasında.

Əksər hallarda diş implantları bel və ya diz protezlərində olduğu kimi titandan və daha estetik hesab olunan keramik implantlar yəni, zirkondan (ZrO2) hazırlanır.

Bu günün vəziyyətinə görə implanta qarşı həqiqi titan allergiyasına son dərəcə nadir hallarda rast gəlinir.

Diş çəkilməsindən sonra dərhal implantasiya

Müasir texnologiyalar və materiallar diş çəkilməsindən dərhal sonra implant yerləşdirməyə imkan yaradır.Belə ki, yaranın sağalması implantın sağalması ilə birgə gedir.Və ümumi işin gedişatını 3-5 ay sürətləndirir.Xüsusilə ön dişlər sahəsində, bu, estetik nöqteyi-nəzərdən xəstə üçün böyük üstünlüklərlər qazandırır. Bu yola hər an imkan olduqda getməyə çalışırıq.

Dərhal implantasiya və dərhal implantın üstünə dişin yerləşdirilməsinin (yüklənməsinin) fərqi

Əgər diş çəkilib yerinə dərhal  implant yerləşdirilirsə, buna dərhal implantasiya deyilir. Lakin bu o demək deyil ki, təzə qoyulmuş implantın üstündə dərhal diş qoyulub yüklənə bilər. Dərhal yüklənmə ancaq implantın sümükdə əsas sabitliyinin yüksək olduğu halda və başqa faktorların uyğun olduğu zaman baş tuta bilər. Bu da təbiiki ətrafında olan sümüyün vəziyyətindən aslı olaraq dəyişir və hər an mümkün deyil. Dərhal yüklənmə mümkün olmayanda pasient dərhal implantasiyadan sonra,sağalma müdətində müvəqqəti diş konstruksiyaları ilə təmin edilir.

Yeri gəlmişkən, xəstənin yaşına görə implantasiyaya heç bir məhdudiyyət qoyulmur. Lakin ümumi olaraq sağlamlıq vəziyyətini qənaətbəxş olması önəmlidir. 

Burda dərc olunmuş informasiya bizə bu prossesin çox məqamlardan aslılığını və hər vəziyyətə individual yanaşma ehtiyacının olduğununu göstərir. Təbiiki ilk növbədə pasientin gözləntilərini nəzərə alaraq və lazımi müayinələri apardıqdan sonra,pasient üçün ən təhlükəsiz və etibarlı metod seçilməlidir.

İmplant öncəsi çənə sümüyü bərpası

İmplantın müvəffəqiyyətnən qoyulmasının əsas şərtlərinnən biri kifayət qədər çənə sümüyünün olmasıdır.Əgər bu tələb yerinə yetirilmirsə, diş həkimliyi sahəsində sümük auqmentasiyası yəni sümük artırılması üçün müxtəlif prosedurlar mövcuddur. Sümük defisiti uzun illər sürən dişsizlikdən sonra, qəza və ya xüsusi anatomik vəziyyət (məs. böyük yuxarı çənə sinuslar) olan vəziyyətlərin nəticəsində yarana bilər.

Bu sümük çatışmazlıqları, arzu olunan yerdəki sümüyü “çoxaltmaqla” (daxili və xarici sinus lift, müxtəlif sümük plastikaları istifadə etməklə implantasiyadan əvvəl və ya implantasiya zamanı kompensasiya oluna bilər.Sümük auqmentasiyaları (sümük artırmaları) üçün biz müxtəlif növ sümük evez edici materiallardan və qızıl standart olan insanın öz sümüyündən istifadə edirik.

Çoxillik cərrahi təcrübəmiz və çox sayda uğurla yerləşdirilmiş implantatların sayəsində sizə implantologiyanın bütün spektrlərini təklif edə və uzunmüddətli uğura zəmanət verə bilərik.

Bu məqalələr ümumi ağız sağlamlığı mövzularını anlamaq və bilik əldə etmək üçün nəzərdə tutulmuşdur. Peşəkar həkim məsləhətini, diaqnozun tərtib edilməsini və ya müalicənin təyin olunmasını heç bir halda əvəz edə bilməz.Dişlərinizin sağlamlığı vəziyyəti ilə əlaqədar və ya müalicə ilə bağlı hər hansı bir sualınız olduğu halda, diş həkiminə müraciət etməyini unutmayın.