Almaniyada ağız cərrahı bir diş həkimidir hansı ki, almaniyada diş həkimi dipomu aldıqdan sonra, ağız cərrahiyyəsi üzrə 4 illik mütəxəssis təlimini (rezidentura) əlavə olaraq başa vurur.
Bundan sonra həkim stomatoloqlar palatası tərəfindən imtahana cəlb olunur və ağız cərrahiyyə üzrə mütəxəssis (uzman) dərəcəsi verilir.
Ağız boşluğu cərrahiyyəsinə aiddir:
- Endodontik kök kanalının müalicəsi və kök ucu rezeksiyası
- Dişlərin cərrahi yolla saxlanılması
- Diş əti xəstəliklərinin və parodontitin cərrahi müalicəsi.
- Damağın plastikası, gummy smile və damag qüsuru olan xəstələrin damağının estetik bərpası
- Çənədə qalmış yəni retension dişlərin, xəstə dişlərin, çətin ağıl dişlərin
- Xroniki ,sistem və qazanılmış xəstəlikləri olan multimorbid xəstələrin ağız və çənə cərrahiyyəsi
- Çənədə qalmış dişlərin cərrahi üsulla səthinin açılması
- İmplantların yerləşdirilməsi.
- Auqmentativ cərrahiyyə.Sümük regenerasiyası yəni, çənə sümüyün yerli toxuma (yerli sümük) və süni biomateriallar ilə bərpası.
- Biopsiya (diaqnostik məqsədlər üçün toxumaların qismən götürülməsi)
- Yad cisimlərin cərrahi yolla çıxarılması
- Ağız selikli qişası və diş əti üzərində cərrahi əməliyyatlar
- Dodaq və frenulum (uzdecka yazika pomoemu dilçək) korreksiyası
- Maxillar sinus (haymor boşlugu xəstəliklərinin) cərrahi müalicəsi
- Toxumaların regenerasiyası
- Çənə kistalarının çıxarılması
- Şiş və çənə sümüyünün cərrahiyyəsi
- Diş ağız və çənələrin travmatologiyası. Diş Transplantasiyası
- İdman və oyunlar zamanı qəzalardan sonra, evdə və yolda, zorakılığa məruz qaldıqdan sonra diş sınmasının müalicəsi
- İltihabi proseslərin cərrahi müalicəsi, Septik cərrahiyyə
- Tüpürcək vəzilərinin xəstəlikləri
- Gicgah-çənə oynağının xəstəlikləri
- Kəskin və xroniki üz ağrıları olan pasientlərin müayinəsi


Endodontik kök kanalının müalicəsi və kök ucu rezeksiyası
Bir diş bir neçə müxtəlif qat toxumalardan ibarətdir. Diş tacı insan orqanizmində ən sərt maddə olan mina ilə örtülüb. Altında, dişin əsas komponenti dentin kimi də tanınan toxuma yerləşir, bu maddə dişin daxilini, yəni pulpa kamerası adlanan nahiyəni əhatə edir.
Pulpa kök kanalda və pulpa kamerasında yerləşir, ən incə qan damarlar və sinirlərdən ibarətdir, bütün dişdən keçərək kök ucuna qədər davam edir və ümumi qan sistemi ilə birləşik haldadır. Bu ona görədir ki, dişin içliyindən diş təmin edilir və böyüdükcə sərt diş maddələri əmələ gəlir. Diş kökü diş sementi ilə örtülür. Dişin qidalanması və sərt toxumaların inkişafı pulpadan həyata keçirilir.
Endodontiya (= “dişdə”) – dişin daxilinin, diş pulpuasının və dentinin xəstəlikləri ilə əlaqədar olan sahədir.
Endodontoloqun vəzifəsifələrinə “ölü” və ya travma almış dişlərin müalicəsi, kök kanalının müalicəsi və kök ucu rezeksiyaları daxildir.
Kök kanal müalicələri hər zaman dişin saxlanılmasına hədəflənir.
Dişin endodontik müalicəyə nə zaman ehtiyacı var?
Dişin içindəki iltihab pulpa, dentin və kök ucu sahəyə yayılanda. Əsasən, dişin daxili toxumasına daxil olaraq, içərdə yayılan karies bakteriyaları tərəfindən baş verir. Belə iltihablar çox vaxt güclü diş ağrısının səbəbi olur və dərhal kök kanalının müalicəsini tələb edir.


Endodontik müalicənin əsas istiqaməti kök kanalının müalicəsidir.
Xüsusi metodlar istifadə etməklə hətta möhkəm qıvrımlı kök kanallarını hazırlamaq və formalaşdırmaq mümkündür.
Bu müalicənin məqsədi iltihabi və ya ölü dişlərin iltihabından azad olmaq və bununla da dişin çəkilməsinin qarşısını almaq mümkündür.
Müalicənin başa çatdırılması Diş kökünün rezeksiyası- yəni kəsilməsi nə zaman lazımdır?
Əgər dişin içindəki iltihab kök zirvəsindən kənara,ətraf toxumalara yəni ətraf sümüyə yayılırsa, infeksiya irinli absesə və ya, ağır hallarda hətta sümük və sümük iliyinin infeksiyasına gətirib çıxara bilər. Üst çənədə xroniki hazmorit yəni sinusit əmələ gətirə bilər.
Əgər diqqətlə aparılan və təkrarlanan kök kanalının müalicə üsulları,iltihabın yayılmasının qarşısını ala bilmirsə o zaman kök ucu rezeksiya olunub və ətraf toxumalar çıxarmalıdır. Bu prosedur kökün rezeksiyası adlanır.
Dişlərin cərrahi yolla saxlanılması
Çox vaxt diş tacının sınması və ya diş ətinin altına yayılmış karies pasienti seçim qarşısında qoyur, dişin çıxarılma və implant yerləşdirilməsi yaxud da zədələnmiş dişin saxlanılması.
Belə hallarda xüsusi minimal invaziv əməliyyatların aparılmasi ilə belə dişlər tam bərpa edilib uzun müddət ağızda qala bilərlər.
Diş əti xəstəliklərinin və parodontitin cərrahi müalicəsi.
Sağlam dişlər üçün sağlam diş əti lazımdır.
Sağlam diş əti üçün yaxşı periodontal terapevtlərə ehtiyac var. Dişləri fırçaladıqdan sonra tüpürəndə qan varsa, dişləriniz laxlayırsa, ətrafınızdakılar ağızdan pis qoxudan şikayət edirsə. Bunlar çox vaxtı inkişaf etmiş paradontitin əlamətləridir. Yəni diş ətrafı toxumalarda və xüsusilə çənə sümüyündə bakteriyaların səbəb olduğu iltihabi dəyişiklik. Hansı ki, diş ətinin çəkilməsinə laxlamasına və sonda dişlərin itirilməsinə səbəb olur.
Son araşdırmalara görə, əhalinin 75% diş əti xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik ilk baxışdan görünmür və əvvəlcə heç bir ağrı vermir. Ona görə də bu problem çox vaxt gec aşkarlanır.
Damağın plastikası, gummy smile və damag qüsuru olan pasientlerin damağının estetik bərpası
Qummi smyle (“diş əti təbəssümü” də deyilir) — təbəssümə aiddir ki, bu təbəssümdə nisbətən böyük miqdarda diş əti görsənir. Bu, çoxları tərəfindən qeyri-estetik hesab olunur və çox vaxt bu şəxslər gülümsəyərək çox narahat olurlar.
Xoş xəbər: diş əti təbəssümünü düzəltmək və təbəssümün estetikliyini bərpa etmək üçün bir neçə üsul var. Əgər siz də belə bir vəziyyətdən çox əziyyət çəkirsinizsə, o zaman yenidən qayğısız gülümsəmək imkanından yararlana bilərsiniz. Əksər hallarda müalicə üsulu minimal invaziv estetik korreksiyadır.
Çənədə qalmış yəni retension dişlərin, xəstə dişlərin, çətin ağıl dişlərin çəkilməsi
Çənədə qalmış yəni retension ağıl dişlərin çıxarılması ağız cərrahiyyəsində tez-tez aparılan əməliyyatlardan biridir.
Birincisi qeyd edim ki, hər ağıl dişi çəkilməməlidir, çənədə retension vəziyyətdə qaldıqda belə. Ağıl dişləri düz və çənədə normal göründükdən sonra, onları zərurət yarandıqda digər dişlər kimi çıxarmaq olar.Yəni hər an cərrahi çəkilməyə ehtiyac yaxdur.Bu çox individual yanaşma tələb edən bir mövzudur.Və çox aspekt faktorlar nəzərə alınmalıdır. Əməliyyatın gedişatı hər bir insan üçün hətta hər bir diş üçün fərqlidir. Bundan başqa, ağrı hissinin fərdi olması və pasientlerin regenerasiya qabiliyyətinin fərqli olmasını da unutmaq olmaz. Pasientlərə əməliyyatdan öncə və əməliyyatdan sonra sağalmanı sürətləndirməyə kömək edən və mümkün ağrı ve şişikinliyi minimuma endirmək üçün lazımi dərman və tədbir və məsləhətlər verilib görülür. Ondan başqa əməliyyatın özü maksimum minimal invaziv,yeni üsullarla aparılır.
İmplantların yerləşdirilməsi. Auqmentativ cərrahiyyə
Dişin itirilməsinin bir çox səbəbləri vardır. Diş implantları itirilmiş dişləri estetika və funksiya baxımından əvəz etmək imkanını təklif edir. Onlar çənə sümüyü ilə birləşib gələcək süni dişlər üçün dayanıqlı təməl təmin edən süni diş kökləri kimi başa düşülə bilər.
İmplantasiya lokal anesteziya altında ağrısızdır.
Prosedurdan sonrakı növbəti həftələrdə ətraf sümüklər implantın süngərvari səthinə böyüməyə yəni inteqrasiya etməyə başlayır. Belə ki, sağalma müddətinin sonunda implant tam olaraq sümüklə birləşir. Bu proses adətən 8-12 həftədən sonra implantasiyanın funksional yüklənməsi mümkün olan nöqtəyə qədər inkişaf edir. Bu müddət ərzində, əlbəttə ki, siz bizim cərrahi nəzarətimizdə qalacaqsınız.
Sağalma mərhələsindən sonra implantların üstünə konstrusikya düzülməsi başlaya bilər. Məsələn implantlar qapaq yəni karonka, körpü üçün təməl kimi və ya qismən və ya tam çıxan protezlər üçün müxtəlif konstruksiyalar üçün istifadə oluna bilər.
Lakin elə hallar da var ki, implantların yerləşdirilməsi üçün ilkin şərait optimal deyil: çünki sümük həmişə əvvəldən elə tərtib olunmur ki, sadə implantasiya mümkün olsun. Sümük defisiti uzun illər sürən dişsizlikdən sonra, qəza və ya xüsusi anatomik vəziyyət (məs. böyük üuxarı çənə sinuslar) olan vəziyyətlərin nəticəsində yarana bilər.
Bu sümük çatışmazlıqları, arzu olunan yerdəki sümüyü “çoxaltmaqla” (daxili və xarici sinus lift, müxtəlif sümük plastikaları istifadə etməklə implantasiyadan əvvəl və ya implantasiya zamanı kompensasiya olunmalıdır. Bu sümük auqmentasiyaları (sümük artırmaları) üçün biz müxtəlif növ sümük əvəz edici materiallardan və insanın öz sümüyündən istifadə edirik.
Çoxillik cərrahi təcrübəmiz və minlərlə yerləşdirilmiş implantatların sayəsində sizə implantologiyanın bütün spektrlərini təklif edə və uzunmüddətli uğura zəmanət verə bilərik.
Dodaq və dil bağının yəni frenulumun korreksiyası
Frenulum üst çənədə (frenulum labii superioris) və ya alt çənədə (frenulum labii inferioris) və nadir hallarda dil bağı (frenulum linguae) dodaq bağı deməkdir.Dodaq bağı adətən yuxarı və aşağı dodaqların daxilinin ortasında yerləşir və dodaqla dişli üst və alt çənələri əlaqələndirir. Dil bağı dilin altında mərkəzdə yerləşir və dili alt çənə sümüyünə bağlayır.
Problemin izahı:
Əgər üst çənədə frenulum həddindən artıq böyükdürsə, onda arasındakı boşluq iki qabağ dişin arasında boşluğ yaranır. Bu dişlər ortodontik müalicəyə baxmayaraq bağlana bilməz. Bu hal diastema adlanır.
Bundan başqa, yüksək diş tacına yaxın birləşmiş bağlar,diş ətinin çəkilməsinə yəni resessiyalara və dişin boyunlarının açılmasına səbəb ola bilər.
Dişsiz çənələrdə bu bağlar çıxan protezin sabit oturmasını əngəlləyə bilər.
Əgər frenulum çox qısadırsa, əmizdirmək, içmək və udmaq artıq körpəlik dövründən çətinləşir. Daha sonra nitqin formalaşmasında qüsurlar, ağızla nəfəs alma və diş cərgəsinin pozulmasına gətirib çıxarda bilər.
Maksillyar sinusit (haymor boşlugu xəstəlikləri)
Maksillar sinusit nədir?
Maksillyar sinusit yəni yuxarı çənə boşluğunun səthini örtən selikli qişasının iltihabı deməkdir.Onlar yanaqların sağ və sol tərəfində yerləşirlər və dar keçidlərlə burun boşluğuna bağlanırlar.
Maksillyar sinusit kəskin və ya xroniki inkişaf edə bilər. Əsasən soyuqdəymənin nəticəsidir. Daha az rast gəlinən göbələk, allergiya və ya iltihablı diş kökləri sinusitin bu formasının yaranmasına səbəb olur.
Kəskin maksillar sinusit, ağrının küt olması və yanaqların (maxillary sinus) ərazisində təzyiq hissi ilə müşayiət olunur. Bir ayağın üzərində əyildikdə və ya hoppananda narahatlıq daha da güclənir. Bundan başqa, bəzən maksillar sinusitdə diş ağrısı (üst çənədə), baş ağrısı, purulent burun sekreti ,aşağı göz qapağı şişməsi, bədən temperaturunun artması ümumi yorğunluq müşayiət ola bilər.
Xroniki sinusit burun və boğazda pis qoxulu sekretin əmələ gəlməsi ilə müşayiət olunur. Bundan əlavə, sinusitin olan tərəfində üst çənə dişlərinin ərazisində ağrı və təzyiq meydana çıxır. Bəzən xroniki gedişat ümumiyyətlə heç bir ağrı vermir.
Maksillyar sinusit əsasən konservativ (qeyri-cərrahi) müalicə olunur. Nadir hallarda cərrahiyyə əməliyyatına ehtiyac var. Çox vaxt sual yaranır: Belə halda hansı həkimlə əlaqə saxlamaq düzgündür? Əksər hallarda qulaq, burun və boğaz təbabəti üzrə mütəxəssis düzgün qərardır. Əgər maksillyar sinusit diş problemləri nəticəsində yaranırsa, məsələn, diş əməliyyatından sonra , yada yuxarı çənə dişlərinin köklərindən əmələ gəlir (məsələn, diş kökünün ucunun iltihabından) bu halda biz odontogen (dentogen) sinusitdən danışırıq. Belə hallarda diş həkiminə yada üz çənə cərrahına müraciət etmək məsləhətdir.Fərqli hallarda bu məsələdə hər iki sahənin mütəxəssisləri birgə qərar verir.
Kistaların səbəbləri və risk faktorları
Çənə kistaları adətən çənədə maye, sıyığ və ya qaz tərkibli olan yuvarlaq boşluqlardır. Çənə kistləri çox yavaş böyüyür və adətən uzun müddət simptomsuz olur. Buna görə bir çox xəstələr kistanın olmasından xəbərsizdilər. Kistlər çox vaxt təsadüfən diş həkimi tərəfindən rentgen müayinəsi zamanı diş müalicəsi zamanı aşkar edilir. Təzyiq hissi və ya küt ağrı kimi simptomlar yalnız kista böyüdükdə və sinirlərə təzyiq etdikdə və ya sağlam toxumanı sıxaraq, yerindən etdikdə baş verir.Kistalar ağız, üz və çənə bölgələrində ən çox rast gəlinən patoloji proseslərdən biridir.Radikulyar yəni diş kökünün dibində yaranmış kista yuxarı çənədə daha çox rast gəlmək olar. İnkişaf zamanı yaranmış kistaya isə daha çox alt çənədə rast gəlinir.
Kistaların yaranma səbəbləri müxtəlifdir. Ən çox görülən forma, odontogen (dişdən gələn) kistalardı. Bu kista ölü dişin və ya aparılan natamam kanal müalicəsindən sonra bəzi hallarda yaranır.
Dişlərin inkişafı zamanı pozuntu nəticəsində yaranan follikulyar kistalara daha az rast gəlinir. Onlara əsasən çənədə aşağı ağıl dişlərinə bağlı olurlar. Bu kistalara 20- 30 yaş arası daha çox rast gəlmək olar.
Kistaların bədxassəli degenerasiyası çox nadir hallarda baş verir və bütün halların 0,2-0,5%-ni təşkil edir. Kistalar əksər hallarda çox yavaş böyüyür. Bu, qonşu strukturların davamlı olaraq yerdəyişməsinə səbəb olur ki, bu da sümük itkisi və ətrafdakı sümük strukturlarının zədələnməsi ilə nəticələnə bilər. Kist müəyyən bir ölçüyə çatdıqdan sonra ağız boşluğunda və ya yanaqlarda şişlik görünə bilər. Kista dişlərin yerini dəyişdirə və ya əyilməsinə səbəb ola bilər. Bakterial infeksiyanın qoşulması ilə, kəskin iltihab bəzən şiddətli ağrı və şişkinliyə gətirib çıxarda bilər. Bundan əlavə, irinli bir abses meydana gələ bilər. Kista nə qədər böyük və ya kiçik olduğundan aslı olmayaraq cərrahi yolla çıxarılmalıdır.
Bu məqalələr ümumi ağız sağlamlığı mövzularını anlamaq və bilik əldə etmək üçün nəzərdə tutulmuşdur. Peşəkar həkim məsləhətini, diaqnozun tərtib edilməsini və ya müalicənin təyin olunmasını heç bir halda əvəz edə bilməz.Dişlərinizin sağlamlığı vəziyyəti ilə əlaqədar və ya müalicə ilə bağlı hər hansı bir sualınız olduğu halda, diş həkiminə müraciət etməyini unutmayın.