Diş implantı, itirilmiş dişin əvəz edən daimi diş köküdür. Bunun üzərinə diş protezi yerləşdirilir. Diş implantatlarının diş protezlərinə nisbətən üstünlükləri çox böyükdür. Diş implantları titan və ya zirkon kimi materiallardan hazırlanmış süni köklərdir və çənə sümüyünə yerləşdirilir. Bu süni köklər diş ətinin altına yerləşdirilir və müxtəlif forma və dizaynlarda mövcutdur.Ən yayılmış formaları silindirik və konik formalardır. İmplantlar estetik və funksional olaraq həqiqi dişlərə bənzəyir və ağızda təbii görünüş təmin edir.
İmplant əməliyyatı diş həkimləri və ya ağız cərrahları tərəfindən həyata keçirilir. Prosedur adətən lokal anesteziya altında və tam ağrısız şəkildə tamamlanır. İmplantlar çənə sümüyünün içinə sıx şəkildə inteqrasiya olunur və zaman keçdikcə sümük ətrafındakı toxumalarla birləşərək davamlı bir bağlantı meydana gətirirlər.Bu prosesə osteointeqrasiya deyilir.
Diş implantları itirilmiş dişləri əvəz etməklə yanaşı, diş körpüləri və ya çıxarıla bilən və sabit konstruksiyalar ücün bönıvrə rolunu oynayır. Tək diş çekildikdən sonra həmindefekti bağlamaq üçün artiq ətrafda dişlər yonulmur, beləliklə təbii dişlərin qorunmasına şərait yaradılır.
Diş implantları diş ağrısı və çeynəmə çətinliyi yaşayan insanlar üçün etibarlı və uyunmüddətli bir alternativ təşkil edir. İmplantın itirilmə riskləri mövcuddur və fərqli etaplarda fərqli səbəblərə bağlıdır fayız etibarı ilə 1 fayıza yaxındır. Bu səbəbdən diş implantı tətbiq etməzdən əvvəl diş həkiminizin qiymətləndirməsi və tövsiyələrini almaq vacibdir.Risklərə pasientlə individual qaydada, birgə baxılmalıdır.
Diş implantı necə edilir?
Diş implantı necə hazırlanır sualının cavabı 4 mərhələdən ibarətdir. Müalicəyə başlayarkən əvvəlcə ətraflı müayinə aparılır və xəstənin ağız və diş quruluşu, çənə sümüyü, dişlər arasındakı əlaqələr araşdırılır. Yerləşdirilməsi lazım olan implantların sayı, yeri və xüsusiyyətləri xəstənin vəziyyətindən asılı olaraq rentgenoqrafiya və ya tomoqrafiya ilə müəyyən edilir.
Ətraflı müayinədən sonra əməliyyat mərhələsi başlayır. Xəstəyə lokal anesteziya tətbiq olunur. Bəzi hallarda xəstənin sağlamlıq vəziyyətinin uyğun olması şərti ilə xəstənin istəyinə gərə ümumi anesteziya tətbiq oluna bilər.
İmplantların yerləşdiriləcəyi çənə sümüyündə xüsusi bir qurğu vasitəsi ilə dəliklər açılır və bu dəliklərə implantlar yerləşdirilir. Sonra diş ətləri tikilir və örtülür.
Əməliyyatdan sonra osteointeqrasiya yəni bərpa mərhələsi başlayır, müddəti xəstənin sağlamlıq vəziyyətindən çənə sümüyünün ilkin vəziyyətindən və görülmüş əlavə prosedurların (sümük köçürülməsi) olmasından aslı olaraq 3-6 aya qədər ola bilər. Bu proses zamanı xəstənin vəziyyətindən asılı olaraq müvəqqəti protezlər qoyula bilər.
İmplantların sümüklə inteqrasiyası tamamlandıqdan sonra implantların üzərinə protez dişlər qoyulur.
Protez dişlər pasiyentin istəyinə uyğun olaraq çini və ya sirkonyumda dizayn edilə bilər. Diş protezləri əskik dişlərin say və mövgeyinnən asılı olaraq tək tacdan, sabit körpüdən tam çıxan protezə qədər istənilən formada hazırlana bilər.

Hansı xəstələr diş implantına uyğundur?
Dental implantlar, adətən 18 yaşdan yuxarı və sümük inkişafı tamamlanan hər bir xəstə üçün uyğundur. Bəzi vəziyyətlər implant müalicəsi mümkün deyil. Almaniyada diş, ağız və çənə cərrahiyyəsi cəmiyyəti və digər mütəxəssis təşkilatları tərəfindən qəbul olunan bəzi əsas əks göstərişlər bunlardır:
Şəkərli diabet, xərçəng, immun sistem pozuntuları. İmmun sistemini zəiflədən xəstəliklər (məsələn, HIV/AIDS) olan şəxslərdə,ciddi paradontal xəstəliklər,çənə sümüyündə davamlı və ya xroniki iltihabi proseslər. Psixoloji və davranış problemləri olan şəxslər, məsələn, diş protezlərinə uyğunlaşmağı çətin ola bilən hallarda, implant tətbiqindən fayda görə bilməzlər. Bəzi davamlı dərman istifadəsi olan hallarda, məsələn, bisfosfonat qəbulunun bəzi formalarında, diş implantatlarının yerləşdirilməsində və müalicə prosesində ağırlaşmalara yol aça bilər.
Dental implant müalicəsi üçün riskli vəziyyətlər
Çənə sümüyünün qeyri-kafi olması: İmplantları tutmaq üçün çənədə kifayət qədər sümük olmadığı hallarda, sümük əvəz edici biomateriallar istifadə edilərək sümük həcmi artırıla bilər və ya başqa bölgədən sümük köçürdülə bilər.
Siqaret: Siqaret ağızda yaraların sağalmasını yavaşlatdığından və infeksiya riskini artırır, çox siqaret çəkən xəstələr üçün implant tətbiqinə üstünlük verilmir. İmplant tətbiqindən əvvəl və sonra xəstədən bir müddət siqareti buraxması məsləhətdir.
Şəkərli diabet: Şəkərli xəstələrdə toxumaların sağalması yavaş olur. Buna görə də, nəzarətsiz diabet müalicənin müvəffəqiyyəti üçün risk yaradır. Diabet xəstələrinə implant tətbiqi planlaşdırıldıqda məsləhətləşmələr aparılır.
Ürək xəstəliyi: Ürək xəstəliyi olan xəstələrin müalicəsini planlaşdırarkən, ürək həkimi və diş həkimi implant tətbiqinin müvəffəqiyyətini təmin etmək və xəstənin ümumi sağlamlığı üçün risklərdən qaçmaq üçün birlikdə işləyirlər.
Hipertoniya: Hipertoniyalı xəstələrdə ağrı və stress vəziyyətində təzyiqin artması və bu xəstələrin müalicə zamanı istifadə etdiyi dərmanlar ürək sağlamlığı üçün risk yaradır. Hipertoniya xəstələri implant tətbiq etməzdən əvvəl istifadə etdikləri dərmanlar barədə həkiminə məlumat verməli və müalicə zamanı təzyiqləri nəzarətdə saxlanılmalıdır.Bundan başqa laxtalanmanı azaldan dərmanların istifadəsidə nəzərə alınmalıdır.
Diş implantı zamanı nələrə diqqət edilməlidir?
Dental implant müalicəsinin müvəffəqiyyəti bir çox amillərdən asılıdır. Xəstənin ağız sağlamlığı, ümumi sağlamlığı, həyat vərdişləri, həkimin təcrübə və bacarıqları kimi bir çox faktor həm müalicənin müvəffəqiyyətinə, həm də implantların ömrünə təsir edir. Buna baxmayaraq implant müalicələrində müvəffəqiyyət nisbəti 98%-ə qədərdir.
İlk növbədə xroniki xəstəlikləri olan xəstələrin müalicə öncəsi müayinələrdən keçmələri və məsələ ilə bağlı stomatoloqa məlumat vermələri çox vacibdir. Müalicə zamanı xəstəliyin nəzarətdə saxlanılması, müalicədə istifadə olunacaq dərmanların xəstənin mütəmadi olaraq istifadə etdiyi dərmanlarla qarşılıqlı əlaqəsi kimi faktorlar ətraflı şəkildə araşdırılmalıdır.
İmplantların yerləşdirildiyi əməliyyatdan sonra ilk 3 saat ərzində,yəni uyuşma açılana kimi yemək və içki qəbul edilməməlidir. İlk 1 həftə ərzində sızma şəklində qanaxmanın olması normaldır. Qanamanın şiddətini artırmamaq üçün heç vaxt qarqara edilməməli və tüpürməməyə çalışılmalıdır.
Əməliyyatdan sonrakı ilk gündə implantın qoyulduğu nahiyədə şişkinliyin yaranmasına rast gəlinə bilər. Şişkinliyin böyüməsi və daha qısa müddətdə yox olması üçün nahiyəyə birinci gün soyuducu kompres qoyula bilər.
Ağız boşluğunun gigiyenası müalicə boyu və müalicədən sonra çox vacibdir. Diş həkiminin ağız gigiyenası ilə bağlı xəbərdarlıqlarına ciddi şəkildə əməl edilməlidir.
İlk 48 saat ərzində diş pastası və ağız qarqarası kimi ağız gigiyena məhsulları istifadə edilməməlidir. Digər dişlər ilk 48 saat ərzində fırçalana bilər, lakin implantlara toxunulmamalı və təzyiq tətbiq edilməməlidir. Sağalma mərhələsi tamamlandıqdan və protez dişlər qoyulduqdan sonra gündə iki dəfə dişlər fırçalanmalı, diş ipi, diş arası fırça və ağız qarqarası kimi məhsullarla diş təmizliyi dəstəklənməlidir.
İmplantların qoyulduğu əməliyyatdan sonra ilk 24 saat ərzində isti, 7-14 gün ərzində isə sərt qidalardan uzaq durulmalı, sağalma mərhələsində ümumiyyətlə yumşaq qidalanmaya diqqət yetirilməlidir.
Əməliyyatdan sonrakı ilk 24 saat ərzində heç vaxt spirt və siqaret istehlak edilməməli, sağalma dövründə istehlakdan qaçınılmalıdır.
Çənə cərrahiyyəsi ilə sağlam gülüşə nail olun
Ağız və üz-çənə cərrahiyyəsi diş implantlarının uğurlu tətbiqi üçün vacib komponentdir. İmplantlar çənə sümüyünə yerləşdirərək dişlər üçün möhkəm təməl yaradır və təbii dişlərə bənzər şəkildə ağızda lövbərlənir. Bununla belə, bəzi hallarda çənə sümüyü kifayət qədər sıxlığa və ya ölçüyə malik deyilsə, implantların müvəffəqiyyət şansını azalda bilər. Burada çənə əməliyyatı işə düşür.
Çənə cərrahiyyəsi çənə sümüyü üzərində cərrahi əməliyyatlar vasitəsilə əskik və ya zədələnmiş sahəni düzəltməyi hədəfləyir. Bu cərrahi prosedurlar çənə sümüyünün möhkəmliyini və qalınlığını artırmaq, əskik dişləri əvəz edəcək implantlar üçün uyğun zəmin yaratmaq və ya diş implantlarının daha yaxşı inteqrasiyasını təmin etmək üçün həyata keçirilə bilər.
Çənə əməliyyatı diş implantları üçün uyğun bir çənə quruluşu yaratmağa kömək edərkən, çənə əməliyyatından faydalanmaq üçün implantların düzgün yerləşdirilməsi də lazımdır. Bu iki sahə bir-biri ilə harmoniyada işləyir, sağlam ağız və diş quruluşunu qorumağa və yaxşılaşdırmağa kömək edir.Bu sahədə insanın ağız daxili öz sümüyündən istifadə edərək implant nahiyyəsində olan sümüyü bərpa etmək qızıl standart sayılır.
İmplant müalicəsinin üstünlükləri
Diş implantları, əskik dişlərin müalicəsində istifadə edilən körpü və protez kimi tətbiqlərə nisbətən çox üstünlük təşkil edir. İmplant dişlər estetik görünüş baxımından mükəmməldir və təbii dişlərdən ayırmaq çox çətindir.
Eyni zamanda diş implantları dişləmə, çeynəmə və danışma rahatlığı baxımından təbii dişlərdən heç bir fərqi yoxdur. Xəstə təbii dişləri ilə olduğu kimi rahat yemək yeyə bilir, danışığında heç bir fərq yoxdur.
Dental implant müalicəsində bitişik dişlərin yonulması və ya kiçildilməsi kimi əməliyyatlar aparılmır.Beləliklə, sağlam dişlər olduğu kimi qorunur. Çənə sümüyün implant qoyulan nahiyədə atrofiyası yəni azalması dayanır.Çünki həmin yerdə funksiya bərpa olunur.Buda xüsusən dişlərin itirilməsinnən sonra yuxarı çənənin və sonra yuxarı dodağın içəri batmasının qarşısını alır.Körpüvari diş üstü protezlərdə bu atrofiya dayanmır.
Bundan əlavə, implantlar olduqca davamlıdır. İmplantlar xəstənin ümumi sağlamlıq vəziyyətindən, qidalanma və ağız gigiyenası və vərdişlərindən asılı olaraq uzun müddət ağızda funksional qala bilər.Düzgün nəzərət və higienaya əməl olunarsa, ömür boyu istifadədə qala bilər.
Doğru implant markasını necə seçmək olar?
İmplant markası seçilərkən xəstənin ağız və sümük quruluşu, ümumi sağlamlıq vəziyyəti və büdcəsi nəzərə alınır. Fərqli implant markalarının fərqli üstünlükləri və mənfi cəhətləri var. Məsləhət odur ki, tanınmış və uzun müddət implant istehsal edən və dünyada öz sözünü demış firmaların implantlarınan istifadə olunsun. Titan bir material olaraq ucuzdur və belə bir istehsala başlamaq o qədərdə çətin deyil. Ən əsası implantın səthinin quruluşu və birləşdirici elementləri və geometriyası yəni quruluşudur.
Son zamanlar bazarda çox sayda yeni implant markaları meydana gəlib. Bu markalardan çoxsunun uzun müddətli araşdırılmaları keçirilməyib və gələcəkdə necə effekt verməsi barəsində müstəqil məlumat ya azdır yada heç yoxdur. Gələcəkdə bu firmalar bağlanada bilər. O halda implantda və yaxud konstruksiyada bir problem yarandığı halda ehtiyat hissəsini tapmaq problemə çevrilə bilər. Bu firmaların çoxsu əsasən tanınmış implantların dizayn və quruluşunu nüsxələyib ona bənzər bir implant yaradılar.
Almaniya, Amerika və İşveçrə-də yeni implant firmaları açılmaqdadır, yəni o demək deyil ki, bütün bu ölkələrdən gələn implantlar uzun müddət sınağdan keçmiş implant firmalarıdır. Bəzi ölkələrin fərqli implant firmaları bazara daxil olmaqdadır. Məsələn təkcə Koreyanın 35 dən artıq implant istehsal edən firması mövcuddur. Bu implantların bəziləri Avropa, Amerika və dünyanın çox bir yerlərində sertifikasiyadan keçib istifadə olunurlar. Amma hamısı deyil.
Təbii ki, qiymətə görədə o cəhətdən çox fərqlənirlər və implant seçimində bunlara fikir verməyi şəxsən mən məsləhət bilirəm. Bir məqamada toxunmaq lazımdır kı, ən tanınmış firmaları götürsək belə bunlarında fərqli implant növləri var.
Bu firmalarda inkişaf edir və daha da yeni implant növləri buraxır. Amma bununla yanaşı köhnə implant növlərinin istehsalını dayandırmır və bir firmanın fərqli implant növlərinin fərqli qiymətləri mövcud olduğunu nəzərə almaq lazımdır. Hər halda tanınmış firmanın implantını istifadə etdikdən sonra.
Məsələn Straumann Firması tərəfindən pasientə implantın növü ölçüsü olan məlumatlı bir passport verilir. Bu pasportla pasient xaricdə belə tez bir zamanda yaranmış problemi mualicə həkiminə (acil) təqdim etməklə aradan qaldırılmasına çox yardım edə bilər. Tanınmış implant firmalarının adlarını sadalamaq istərdim.
Straumann – İsveçrənin tanınmış diş implantı istehsalçısıdır və yüksək keyfiyyətli məhsulları ilə tanınır. 1954 cü ildə qurulmuşdur
Nobel Biocare – İsveç mənşəli bir brenddir və diş implantları sahəsində uzun müddətli təcrübəyə malikdir. 1981-ci ildə qurulmuşdur
Osstem – Cənubi Koreyanın məşhur diş implantı istehsalçısıdır. 1997cu ildə qurulmuşdur
Dentsply Sirona – ABŞ mənşəli bir şirkət olaraq diş implantları və digər stomatoloji məhsulları istehsal edir. 1899-cu ildə qurulmuşdur.
BioHorizons – ABŞ-dan bir brenddir və diş implantları ilə tanınır. 1994-cu ildə qurulmuşdur.
Bicon – ABŞ-dan bir brenddir və diş implantları ilə tanınır 1985 ci ildə qurulmuşdur.
Megagen, Cənubi Koreyanın diş implantları istehsalçısıdır və diş implantları sahəsində tanınmış bir brenddir. “AnyRidge” isə Megagen-in təqdim etdiyi spesifik bir diş implantı sisteminin adıdır. 2002 ci ildə qurulmuşdur.