Ağıl dişləri, çənənin arxa tərəfində yerləşən və adətən 17-25 yaş arasında çıxan son dişlərdir. Əgər ağıl dişləri çənədə kifayət qədər yer olmadığından tam çıxa bilmirsə məsələn yer azlığı səbəbindən, aşağıdakı simptomlara səbəb ola bilər:
- Diş ətrafında ağrı və ya şişlik
- Çənədə narahatlıq və ya sərtlik
- Diş ətində qanama və ya iltihab
- Çənə açmaqda çətinlik
Bu simptomlar ağıl dişlərinin çənədə sıxışması və ya digər problemlər yaratması ilə əlaqədar ola bilər.
Mesələn bu ağızda ağrı infeksiyalara səbəb ola bilər. Qabaq dişlərə təzyiq göstərərək diş cərgəsinin pozulmasına və dişlərin əyilməsinə səbəb ola bilər.
Yaratdığı şiddətli ağrı ilə yanaşı, çənə quruluşunu da zədələyə, gələckdə kista və fərqli törəmə yarada bilər, ağızdakı digər dişlərin sağlamlığına mənfi təsir göstərə bilər. Bu səbəblərə görə diş həkiminə müraciət edib ərkən vaxtlarda bu mövzu ilə bağlı məsləhət almaq, müayinədən keçmək faydalıdır.
Ağıl dişləri neçə yaşda çıxır?
Ağıl dişləri adətən 17-25 yaş arasında ağız boşluğunda görünür. Ancaq bu yaşda baş verməsə belə, bu, dişlərin çənədə olmadığı mənasına gəlmir. Belə bir vəziyyətdə diş yalnız stomatoloqun müayinəsi zamanı çəkilən rentgen müayinəsi əsasında müşahidə edilə bilər.
Ağıl dişləri nə vaxt çıxarılır?
Ağıl dişlərinin çəkilməsi adətən 15-25 yaşları arasında tövsiyə olunur, çünki bu yaşlarda dişlərin kökləri hələ tam inkişaf etməmiş olur və əməliyyat daha asan keçir.
Problematika və çıxış yolları
Ağıl dişləri çənədə kifayət qədər yer olmaması və dişin dərinliyə sıxılmış qalması səbəbindən, dişin kökləri təbii olaraq daha dərin və əyri formada inkişaf edir. Bu da dişin gələcəkdə çıxarılmasını çətinləşdirir. Bu vəziyyət, ağıl dişlərində ciddi problemlər yarandıqda və onların çıxarılmasına zərurət yarandıqda, pasiyent və həkimi çətin, bəzən isə təhlükəli cərrahi əməliyyatla üz-üzə qoyur.
Aşağı çənə sinirinin şahəsinə yaxın kəçən kök, haymor boşluğuna yaxın kök, çənə sümüyunün sınma riski və s.. Buna görə də diş həkimi pasiyenti vaxtında diqqətlə müayinə etməli və erkən mərhələdə bu barədə məlumatlandırmalıdır. Çünki erkən yaşlarda, ağıl dişlərinin formalaşma dövründə onları çıxarmaq daha rahat və qat-qat təhlükəsizdir. Bununla yanaşı, digər fəsadların da qarşısı alınmış olur. Məsələn, tez-tez rast gəlinən diş sırasının pozulması və dişlərin əyilməsi kimi problemlərin qarşısı alınır.
Ağıl dişlərinin çıxması zamanı yaranan əlamətlər hansılardır?
Diş cərgəsində yəni çənədə kifayət qədər yer olan halda, heç bir problem yaratmadan çıxan ağıl dişləri sağlam şəkildə inkişaf edir və heç bir xəstəlik əlaməti göstərmir. Ağıl dişləri çıxdıqda görülən simptomlar aşağıdakılardır;
- Dişlərdə və diş ətlərində şiddətli ağrı
- Həddindən artıq həssas diş ətləri
- Çənə və ya qulaqda ağrı
- Limfa düyünlərinin şişməsi
- Baş ağrısı
- Ağızda qoxu
- Çeynəmə zamanı ağrı hissi
Bu hallardan şikayət edən insanlar diş həkiminə müraciət etməlidirlər.
Ağıl dişləri aşağıdakı hallarda çəkilməlidir
- İltihab və infeksiya: Ağıl dişi ətrafında iltihab, infeksiya və ya ağrı meydana gəldikdə.
- Sıxışma və diş cərgəsinin pozulması: Ağıl dişi digər dişləri sıxışdırır və diş cərgəsinin düzgünlüyünü pozursa.
- Tam çıxmama: Diş tam olaraq çıxmırsa və çənədə ilişib qalırsa.
- Diş ətində problemlər: Diş ətində qanama, şişlik və ya digər problemlər yarandıqda.
Bu göstərişlər, hər bir fərdin tibbi vəziyyətinə və dişlərin vəziyyətinə əsaslanaraq qiymətləndirilir. Diş həkimi, hər bir vəziyyəti nəzərə alaraq ən uyğun müalicə qərarını verir.
Ağıl dişi ağrısı necə olur?
- Ağrı və Narahatlıq: Ağıl dişinin ətrafında kəsici və ya pulsayan ağrı yaranır. Bu ağrı bəzən çənəyə, başın arxasına və ya qulağa yayıla bilər.
- Şişlik və İltihab: Diş ətində şişlik və qızartı yaranır. Şişlik çənənin bir tərəfində genişlənərək narahatlıq yarada bilər.
- Diş Əti Problemləri: Ağıl dişinin ətrafında diş ətində qanama və ya yara meydana gəlir.
- Çənə Problemləri: Ağrı çənənin açılmasını çətinləşdirə bilər və çənədə sərtlik hissi yarada bilər.
Bu simptomlar ağıl dişlərinin çıxması və ya çənədəki digər problemlərlə əlaqəli ola bilər. Hər hansı bir ağrı hiss etdikdə, diş həkimi ilə məsləhətləşmək yaxşı olar.
Ağıl dişi əməliyyatı
- Müayinə: Əvvəlcə həkim dişin yerləşməsini və köklərin vəziyyətini yoxlamaq üçün rentgen çəkir. Bu, əməliyyatın necə aparılacağını müəyyənləşdirmək üçün lazımdır.
- Anesteziya: Əməliyyat zamanı ağrı hiss etməməyiniz üçün lokal anesteziya tətbiq olunur. Daha çətin hallarda həkim sedasiya və ya ümumi anesteziya da təklif edə bilər.
- Diş Ətinin Kəsilməsi: Əgər diş tam çıxmayıbsa və ya diş ətinin altında qalıbsa, həkim kiçik bir kəsik edərək dişi üzə çıxarır.
- Sümüyün Qaldırılması: Dişin ətrafında sümük varsa, onu xüsusi alətlərlə təmizləyirlər.
- Dişin Çıxarılması: Diş tam və ya hissə-hissə çıxarılır. Əgər diş əyri və ya çox böyükdürsə, onu kiçik parçalara bölüb çıxarırlar. Əgər diş dərindədirsə, onu cərrahi üsulla çıxarırlar. Yəni selikli qişanı açıb, ətrafdakı çənə sümüyünü götürüb, sonra dişi hissə-hissə çıxarırlar.
- Tikişlər: Əməliyyatdan sonra yaranı bağlamaq üçün tikiş vurulur. Bəzən drenaj qoyulur. Bəzi tikişlər öz-özünə sorulur, bəziləri isə bir neçə gün sonra həkim tərəfindən çıxarılır.
- Əməliyyat Sonrası Qayğı: Həkim sizə əməliyyatdan sonra necə qulluq edəcəyiniz barədə təlimat verir. Bu, ağrını azaltmaq və yaranın daha tez sağalması üçün vacibdir.
Bu proses dişin vəziyyətinə görə dəyişə bilər, lakin ümumi olaraq ağıl dişi əməliyyatı bu cür aparılır.