Təbəssümü və dişlərini özün diyazn et
Pasientin gələcək dişlərinin yaradıcısı olmaq üçün rəqəmsal texnologiyaların inkişafı, diş həkiminin və digital texniki laboratoriyaya malik olan təcrübəli diş texnikinin olması bizə bu gün geniş imkanlar yaradır.
Beləki Digital Smile Design (Təbəssümün dizaynı) ilə siz yeni dişlərinizin yaradıcısına çevrilirsiniz.
Dr.Əliyevlə ilə birlikdə xəyalınızdakı təbəssümü və dişləri kompüterdə sizin üçün mükəmməl olana qədər dizayn edəcəksiniz. Bu yolda arzu etdiyiniz dişlər üçün üçün nəyin lazım olduğunu da bizimlə birgə dəqiq görə biləcəksiniz. Vəziyyətdən aslı olaraq buna dişləri ağardılması,plomblanması və ya dişlərin yerinin minimal dəyişməsi hesabına, və yaxud keramik vinirlərdən,taxmalardan,qapaqlardan istifadə etməklə, bəzi hallarda isə bütöv diş sistemini rekonstruksiya etməklə mükəmməl təbəssümə çatmaq mümkündü.


Digital Smile Design diş implantlarının, protezləşdirmədə qapaq( karonka) körpü,vinir planlanmasında istifadə olunur.
Bunun üçün məqsəd və məsələmizdən aslı olaraq müxtəlif diaqnostik vasitələrdən istifadə etməklə gələcək dişlərin planlaması üçün informasiya toplanır.Növbəti etapda bütün informasiyalar toplanaraq üzün və diş sisteminin virtual modeli yaradılır.Və bu model üzərində pasientlə birgə gələcək dişlərin istənilən forma və estetikası yaradılır.Üçüncü etapda dişlərin gələcək vəziyyəti(Prototip) pasientin ağız boşluğuna köçürdülür bu etapı bir növ simulasiya adlandırmaq olar.Və pasient tərəfindən tam bəyənildiyi təqdirdə, artıq planlaşdırlmış daimi dişlərin hazırlanması üçün zəruri addımlar atılır.Belə yolla gələcək dişlərin hazırlanmasında yarana bilən texniki səhvlər, həkimə gəliş sayı,ümumi mualicənin gedişat zamanı azalır və pasientin birinci dəfədən istənilən effekti almağı mümkün olur.Təbiiki həkimin və diş texnikində işi daha rahat və planlı şəkildə gedir.



Bu məqalələr ümumi ağız sağlamlığı mövzularını anlamaq və bilik əldə etmək üçün nəzərdə tutulmuşdur. Peşəkar həkim məsləhətini, diaqnozun tərtib edilməsini və ya müalicənin təyin olunmasını heç bir halda əvəz edə bilməz.Dişlərinizin sağlamlığı vəziyyəti ilə əlaqədar və ya müalicə ilə bağlı hər hansı bir sualınız olduğu halda, diş həkiminə müraciət etməyini unutmayın.