Skip to content Skip to footer

Haqqımda

Dr.Nadir Əliyev

İlk öncə, Dr. Nadir Əliyev haqqında sizlərə qısa məlumat vermək istərdik.

Dr. Nadir Əliyev Almaniyada 9 il ixtisasartırmadan sonra 2024-cü ilin yanvar ayından Bakıda “White Estetik Dental” klinikasında iş fəaliyyətinə başlamışdır. 

Almaniyada olduğu müddətdə ilk öncə diş həkimi kimi fəaliyyətə başlamışdır, 2015-ci ildə isə diş həkimi diplomunu tanıtdırmışdır. Təqribən 2 ilə yaxın diş həkimi kimi işləmiş, eyni zamanda Karlsruhe şəhərinin diş həkimlərinin təkmilləşdirməsi akademiyasında diş implantları üzrə bir illik ixtisasartırma təhsilini başa vurmuşdur. Daha sonra oral cərrahiyyə (ağız cərrahiyyəsi) ixtisası üzrə rezidentura üçün Limburg an der Lahn şəhərinin regional ağız, üz-çənə cərrahiyyəsi və implantologiya klinikasına daxil olmuş, 3 illik uzmanlığı (rezidentura) bitirdikdən sonra Almaniyada oralcərrah (Fachzahnarzt) ixtisasına yiyələnmişdir. Çətin əməliyyatları, implantasiya öncəsi sümük bərpasını və ağırlaşmaları daha dərindən mənimsəmək üçün 2 il həmin klinikada ağız cərrahı kimi çalışmış, bir müddət sonra Ludwigshafen am Rhein şəhərinin Ağız boşluğu Sağlamlıq Mərkəzində diş həkimi, cərrah və implantoloq kimi fəaliyyət göstərmişdir.
Almaniyada olduğu müddətdə 2019-cu ildə Hessen əyalətinin Stomatoloqlar Palatası tərəfindən oral cərrahiyyə üzrə uzman (Fachzahnarzt) və 2021-ci ildə implantoloq ixtisasını almışdır, 2020-ci ildə Stomatoloji Rentgen Mərkəzi tərəfindən rəqəmsal həcmli tomoqrafiya (DVT) sahəsində sertifikasiyadan keçmiş, 2023-cü ildə Almaniya Oral İmplantologiya Cəmiyyətində (DGOI) implantüstü protezləşdirmə sahəsində sistematik ixtisasartırma təhsilini bitirmişdir.
Almaniyada olduğu 9 illik fəaliyyəti zamanı əsasən implant öncəsi çənələrin yerli toxuma və süni materiallarla bərpası, cərrahi və estetik paradontologiya, damağın plastikası, implant və diş üstü protezləşdirmə, dişlərin funksional və estetik bərpasi sahəsində Almaniyanın və Avropanın məşhur mütəxəssislərinin yanında çox saylı klinikalarda, praktika kurslarda, konqres və simpoziumlarda iştirak etmişdir. Almaniyada “American Dental Systems” tərəfindən təşkil edilən və Amerika mütəxəssislərinin implantologiyada tətbiq edilən müalicə üsullarını mənimsəmişdir.

Faydalı yazılarımız

İşlərimizdən
BeforeBeforeAfter
BeforeBeforeAfter
BeforeBeforeAfter
BeforeBeforeAfter
BeforeBeforeAfter
BeforeBeforeAfter
BeforeBeforeAfter
0 il
Almaniyada fəaliyyət
0+
əməliyyat
0+
konfrans və kurslar

Diplom və Sertifikatlar

Mən Nadir doktorun işindən çox razıyam. O, peşəkardır! O, həmişə diqqətlə dinləyir, müalicənin bütün təfərrüatlarını izah edir və xəstənin özünü rahat hiss etməsi üçün əlindən gələni edir. Nəticə gözləntilərimi üstələdi. Çox sağ ol!

Rasim Məmmədov

Pasient

Diş həkiminə getməkdən qorxdum, amma Nadir doktor ilə görüşmək münasibətimi tamamilə dəyişdi. O, işində çox incə və hərtərəflidir. Təyinat zamanı özümü inamlı və sakit hiss etdim. Çox tövsiyə edirəm!

İmran Səfərov

Pasient

Yaxşı diş həkimi tapmaq üçün çoxlu uğursuz cəhdlərdən sonra nəhayət ki, Nadir doktor bir həkim tapdım. O, təkcə peşəkar deyil, həm də hər zaman dəstək və kömək etməyə hazır olan qayğıkeş həkimdir. Dişlərim indi əvvəlkindən daha yaxşı vəziyyətdədir. Çox sağ olun!

Aysel Fərəcova

Pasient
Əlaqə

Sualınız var?
Bizə yazın!

    Oral cərrahiyyə üzrə Uzman ( Fachzahnarzt ) ixtisas dərəcəsinin verilməsi, Hessen əyalətinin stomatoloqlar palatası, Almaniya.

    1 il stomatoloji klinikada kliniki ili bitirmə və 3 il üz çənə cərrahiyyəsi klinikasinda Oral cərrahiyyə yəni Ağiz boşluğu cərrahiyyəsi üzrə uzmanliq programını bitirdikdən və almaniyanın Hessen əyalətinin stomatoloqlar palatası  tərəfindən keçirilən imtahanını uğurla bitirdikdən sonra Oral cərrahiyyə  uzmanı ixtisasının verilməsini təstiq edən sənəd.

      “İmplantoloq”  ixtisasının  verilməsi, Hessen əyalətinin stomatoloqlar palatası, Almaniya  

    Almaniyda 1 il implantologiya üzrə sistematik ixtisasartirma Curriculum İmplantologie programini bitirdiyi və Kammer Sertifikatini aldıqdan sonra. 3 il ərzində 200 dənə implant və yaxud hərə çənə üzrə 70 Pasientin implant cərrahiyyəsi və protezləşdirmə işini yəkunlaşdırdığı halda.Rentgen,modellər və fotodokumentləri stomatoloqlar palatası tərəfindən yoxlamanı keçdikdən sonra İmplantoloq ixtisasını verilməsini təstiq edən sənəd.

    İmplant yerləşdirilməsindən öncə çənə sümüyünün defektlərinin müxtəlif metodlarla bərpasına aid praktiki və nəzəri kurs.

    Heidelberg Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının ağız cərrahiyyəsi üzrə Professoru Dr. Christian Mertens.

    İmplantalogiya üzrə 1 illik sistematik ixtisasartırma təhsilinin bitirilməsi və imtahandan üğurla keçməsini təstiq edən Sertifikat.. Diş həkimlərin təkmilləşdirmə Akademiyası, Karlsruhe şəhəri, Almaniya

    Almaniya oral implanologiya Cəmiyyəti (DGOI) tərəfindən keçirilmiş İmplantprotezləşdirmə sistematik ixtisasartırma təhsilinin bitirilməsini təstiqləyən sənəd.

    Dünyada tanınmış görkəmli Professor Dr. Fouad Khourynin şəxsi klinikasında pasientin öz sümüyündən istifadə edərək implant yerləşdirilməsindən öncə, çənələrin yumuşaq toxuma və sümük defektlərinin bərpası kursunun bitirilməsi.